Azərbaycanda “InnoWeek – İnnovasiya həftəsi” keçiriləcək
Azərbaycanda “InnoWeek – İnnovasiya həftəsi” keçiriləcək
8 Oktyabr 2019 16:05 İKT18-24 oktyabr tarixlərində Azərbaycanda "InnoWeek - İnnovasiya həftəsi" keçiriləcək.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə keçirdiyi layihə çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərin əks olunduğu konfrans, forum və sərgilər təşkil olunacaq.
Tədbirlər Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, İnnovasiyalar Agentliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, "Azercell" və "Microsoft" şirkətləri ilə birgə reallaşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31