“Google” “ölü” layihələr üçün qəbiristanlıq yaradıb

“Google” “ölü” layihələr üçün qəbiristanlıq yaradıb

"Google Reader" RSS aqreqatoru, "Picasa" foto redaktoru, "Google+" sosial şəbəkəsi və həyata keçə bilməyən digər layihələr üçün qəbiristanlıq yaradılıb.

Olaylar.az bildirir ki, bu barədə "The Verge" nəşri məlumat verib.

Qəbiristanlıq şirkətin Sietldəki ofisinin foyesində açılıb.

Qəbiristanlıqda "Picasa" foto redaktorunun, "Google Buzz" sürətli mesajlaşma xidmətinin, "Google Reader" RSS aqreqatorunun, "Orkut" və "Google+" sosial şəbəkələrinin və "Google Wave" çoxfunksiyalı xidmətinin məzarları var.

Qeyd edək ki, bunlar şirkətin həyata keçirə bilmədiyi layihələrin çox az bir hissəsidir. Tam siyahı Killed by Google saytında yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31