Türkiyə “Facebook”u cərimələyib
Türkiyə “Facebook”u cərimələyib
3 Oktyabr 2019 15:18 İKTTürkiyənin Şəxsi məlumatların müdafiəsi İdarəsi "Facebook" sosial şəbəkəsini istifadəçilər haqqında məxfiliyi pozduğuna görə cərimələnib.
Olaylar.az bildirir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Cərimənin məbləği 1,6 milyon lirə (təxminən, 282 min dollar) dəyərindədir.
Bildirilib ki, "Facebook" sosial şəbəkəsi 2018-ci ildə 280 mindən çox istifadəçi barədə məlumatı açıqlamaqla məxfiliyi pozub. Bura həmin istifadəçilərin adı, soyadı, doğum tarixi, yaşadıqları yer aiddir. Sosial şəbəkə üçüncü şəxsə bu məlumatları sızdırıb.
Qeyd edək ki, cari ilin mayında idarə "Facebook"u istifadəçinin fotosu ilə bağlı məxfiliyi pozduğu üçün 1,65 milyon lirə (təxminən, 270 min dollar) məbləğində cərimələmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31