"Windows 10X” əməliyyat sistemi nümayiş olunub

"Windows 10X” əməliyyat sistemi nümayiş olunub

"Microsoft" korporasiyası ikiekranlı və elastik qurğulara quraşdırılma üçün nəzərdə tutulan "Windows 10X" əməliyyat sistemini təqdim edib.
Təqdimat zamanı korporasiya nümayəndəsi sistemin işləməsini iki ekranla təchiz edilən qurğu nümunəsi üzərində nümayiş etdirib.
 
"Windows" əməliyyat sisteminin "X" versiyasının fərdi kompüter versiyasından əsas vizual fərqi "Start" menyusundadır. Belə ki, indi burada əlavələri və son istifadə edilən sənədlərin siyahısını bərkitmək üçün imkan yaradılıb.
 
Sensor ekranlar üçün optimallaşdırılan "Windows 10X" əməliyyat sisteminin idarəetməsi istifadəçiyə istənilən displey və ya klaviatura seçməyə şərait yaradır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31