“Samsung” bundan sonra Çində smartfon istehsal etməyəcək

“Samsung” bundan sonra Çində smartfon istehsal etməyəcək

Samsung şirkəti Çində mobil telefonlar istehsalını dayandırmaq qərarına gəlib.

Olaylar.az bildirir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, buna səbəb kimi yerli smartfon istehsalçıları ilə rəqabətin artması və Çində baş verən iqtisadi tənəzzül göstərilir.

2018-ci ildə korporasiya smartfon istehsal edən digər çin zavodlarında istehsalı dayandırıb.

Counterpoint şirkətinin araşdırmasına görə, "Samsung" Çin bazarındakı payı 1%-ə enib.

Cape Investment & Securities analitikinin sözlərinə görə, Çində insanlar yerli brendlərin ucuz smartfonlarını və Apple və ya Huawei-in bahalı telefonlarını alırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31