İki ekranla təchiz edilən smartfon təqdim edildi

İki ekranla təchiz edilən smartfon təqdim edildi

"Microsoft" korporasiyası qatlanan iki ekranla təchiz edilən "Surface Duo" adlı yeni smartfon nümayiş etdirib.
Açıq vəziyyətdə 8,3 düymlük planşetə çevrilən yeni qurğunun ekranının hər biri 5,6 düym diaqonallıdır.
Məlumata görə, smartfon mövcud formaya uyğunlaşan "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Tərəflərdən biri 360 dərəcə dönür ki, bu da istifadəçiyə müstəqil şəkildə rahat mövqe seçməyə imkan verir.
"Microsoft Surface Duo" modeli birkristallı "Snapdragon 855" sistemi ilə təchiz edilib. Qurğunun digər texniki xüsusiyyətləri barədə məlumat verilmir.  
Smartfonun 2020-ci ilin sonunda satışa çıxarılacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31