Bu smartfon qidanın köhnə, dərmanın saxta olmasını ölçə biləcək
Bu smartfon qidanın köhnə, dərmanın saxta olmasını ölçə biləcək
1 Oktyabr 2019 15:23 İKT"Samsung"un flaqman smartfonu "Galaxy S11" insan dərisidən onunla bağlı bir sıra fərqli qiymətləndirmlər həyata keçirə biləcək.
Olaylar.az xarici mediaya istinadən bildirir ki, "Samsung" növbəti smartfonlarını spektrometr ilə təchiz edəcək ki, bu da smartfona istifadəçilərin dərisindəki nəm tərkibi, şəkər, yağ və digər qida dəyərlərinə qədər hər şeyi ölçməyə imkan yaradacaq.
Əslində, bir cismin tərkibini təyin etmək üçün kimyəvi maddələri sadalayan və ölçən bu yeni sensor yağlar, zülallar və karbohidratlardakı fərdi qidaların dəqiq miqdarını sizə izah edə biləcək. Bu da istifadəçilərə bir məhsulun nə qədər təzə olduğu barədə fikir verəcək.
İnfraqırmızı spektrometr tibbi dərmanların saxta olub-olmadığını da müəyyənləşdirməyə kömək edəcək. Patent vasitəsilə "Samsung" 3D üz tanıma xüsusiyyətini də cihazlarına inteqrasiya edə biləcək.
Qeyd edək ki, smartfonun gələn ilin fevral və ya mart aylarında tanıdılması gözlənilir.