Sərhədləri kameralar mühafizə edəcək
Sərhədləri kameralar mühafizə edəcək
1 Oktyabr 2019 12:58 İKTŞanxayın Fudan Universiteti və Çin Milli Elmlər Akademiyası nəzdində Optika, Dəqiq Mexanika və Fizika İnstitutunun alimləri kütlə içində panoramlı şəkillər çəkərək insanların şəxsiyyətini müəyyənləşdirməyə imkan verən 500 meqapiksel təsvir ölçülü kamera hazırlayıblar.
Kamera bütün insanların sifətinin göründüyü yüksək keyfiyyətli panoramlı şəkillər çəkir. Sistemin insanlar haqqında məlumatları "bulud" saxlancına göndərməsi sayəsində konkret hədəfi tez müəyyənləşdirmək mümkün olacaq.
Kameradan hərbi bazalarda, peyklərin buraxılışı üçün meydançalarda, eləcə də sərhədlərin mühafizəsində istifadə planlaşdırılır.
Lakin yeni ixtira ekspertlər tərəfindən mənfi qiymətləndirilib. Onların fikrincə, texnologiya dövlətə şəxsi həyatın toxunulmazlıq hüququnu pozmağa kömək edəcək.