“Facebook” və “WhatsApp”dakı yazışmalar oxunulacaq
“Facebook” və “WhatsApp”dakı yazışmaları oxuyacaq
29 Sentyabr 2019 19:33 İKT"Facebook" sosial şəbəkəsi və "WhatsApp" messenceri istifadəçilərin yazışmalarını Böyük Britaniya polisinə ötürməli olacaq.
"Bloomberg"in məlumatına əsasən, müvafiq sazişi ABŞ və Böyük Britaniya hökumətləri imzalayıblar. Cari saziş terrorizm və pedofiliya da daxil olmaqla, ağır cinayətlərin araşdırılmasında kömək etməlidir.
Hazırda isə təhlükəsizlik xidməti məlumatları yalnız bilavasitə həyat üçün təhlükə olduğu təqdirdə əldə edə bilirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31