“Snapchat” səhmləri ilə İT-sektorunun lideri olub
“Snapchat” səhmləri ilə İT-sektorunun lideri olub
25 Sentyabr 2019 13:45 İKT"Snapchat" sosial şəbəkəsi 2019-ci ildə İT-sektorun ən gəlirlisi olub.
Olaylar.az xarici mediaya istinadən bildirir ki, "Snapchat" artım dinamikası ilə "Facebook" və "Pinterest"i geridə qoyub.
Snapchat səhmləri ilin əvvəlindən 200% artıb. Hal-hazırda onun kapitalizasiyası təxminən 23,5 milyard dollar təşkil edir. Bir səhmə düşən qiymət isə 17 dollardır. Onlar iShares U.S. Technology birja fondunun portfelində ən yaxşı dinamikanı göstərirlər.
Son rüblərdəki çoxlu gəlir, yeni gəlir mənbələri və yüksək mənfəət Snapchat səhmlərinin artmasına səbəb olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31