Ən yaxşı ekranlı smartfonun adı məlum olub

Ən yaxşı ekranlı smartfonun adı məlum olub

Telefon ekranlarını qiymətləndirən "Display Mate" tərəfindən ən yaxşı ekranlı smartfonun adı açıqlanıb.

Olaylar.az xarici mediaya istinadən bildirir ki, ən yaxşı ekranlı smartfon Super Retina XDR ekranlı "iPhone 11 Pro" seçilib. Cihaz dəyərləndirmədə A +, yəni ən yüksək xala sahib olub.
Cihazın birinci olmasına səbəb olan xüsusiyyətlər ən yüksək mütləq rəng həssaslığı, ən yüksək tam ekran parlaqlığı, ən yüksək tam ekran kontrast reytinqi və ən yüksək kontrast nisbəti olub. Ən diqqət çəkən məqam isə Super Retina XDR displeyində bir deyil, iki yeni qeyd parlaq səviyyəsinin olması olub. Bu iki parlaqlıq səviyyəsi ilə ekran nə vaxt necə göstəriləcəyini tez anlaya bilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31