Siemens “ağıllı şəhər” inşa edəcək

Siemens “ağıllı şəhər” inşa edəcək

Siemens konserni Berlin şəhəri yaxınlığında 70 ha ərazidə "ağıllı şəhər"in salınmasına 600 milyon avro qoyacaq.

Olaylar.az bildirir ki, bu barədə "CityLab" xəbər verib.

Söhbət şirkətin 1897-ci ildən sahibi olduğu sahənin canlandırılmasından gedir.

Siemensstadt 2.0 konsepsiyası Siemens-in yeni istehsal bazalarının, yenilikçi və startaplar üçün mərkəzlərinin yerləşəcəyi düşərgənin inşasını nəzərdə tutur. Təxminən 3000 mənzil, uşaq bağçaları, məktəblər, parklar, restoranlar, mehmanxanalar, mağazalar olacaq.

Bu yay Siemens  yeni rayonun ideyasını işləmək üçün 15 arxitektura bürosu dəvət edib. Tikintinin 2021-i ilin sonu başlanacağı gözlənilir.

Siemensstadt 2.0 layihəsi ilə o, 20 minlərlə iş yeri və 25 min adam üçün yaşayış yeri ilə birgə yeni şəhər klasteri yarada bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31