Sifət tanıma sistemi işə salınacaq - Hindistanda

Sifət tanıma sistemi işə salınacaq - Hindistanda

Hindistan hökuməti dünyada ən böyük sifət tanıma sistemini hazırlamağı planlaşdırır. Hakimiyyət bu addımı ölkədə polis əməkdaşlarının sayının çox az olması və onların təhlükəsizliyin təmin edilməsinin öhdəsindən gəlməməsi ilə izah edir. Bu ideyanın rəqibləri hesab edirlər ki, məlumatların məxfiliyi haqqında qanun qəbul olunmadan belə sistemin tətbiqi təhlükəlidir.
Hökumət gələn ay ölkə ərazisində müşahidə kameralarının köməyi ilə mərkəzləşdirilmiş sifət tanıma sisteminin yaradılması üçün tender elan edəcək. Sistem hindistanlı polislərə cinayətkarları və itkin düşmüş şəxsləri müəyyənləşdirməkdə kömək etmək üçün böyük tutumlu informasiyadan ibarət (şəxsiyyət vəsiqəsi, barmaq izi və sairə) məlumat bazası ilə əlaqəli işləyəcək.
Hökumətin məlumatına görə, bu addım polislərə kömək etmək üçün nəzərdə tutulub: 724 vətəndaşa bir polis əməkdaşı düşür ki, bu da dünya standartlarından xeyli aşağıdır. Həmçinin "TechSci Research" şirkətinin qiymətləndirməsinə görə, Hindistanın sifət tanıma bazarının həcmi 6 dəfə (4,3 milyard ABŞ dolları) artacaq ki, bu da Çinin eyni bazarı ilə müqayisədə 6 dəfə yüksək göstəricidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31