“Facebook”da daha bir TƏHLÜKƏ: Səsiniz bu cihazlarla yazılır

“Facebook”da daha bir TƏHLÜKƏ: Səsiniz bu cihazlarla yazılır

Son vaxtlar istifadəçilərin şəxsi məlumatlarının sızdırılmasına görə külli miqdarda cərimələr ödəyən "Facebook" etibarlılığını sürətlə itirir.

"Facebook"un ötən ay səstanıma sistemini sınaqdan keçirmək üçün istifadəçiləri dinlədiyi haqda məlumat yayılıb.

Bundan sonra açıqlama vermək məcburiyyətində qalan "Facebook" "Messenger"də aparılan testlərin dayandırıldığını bəyan etdi. Bununla belə, şirkət "Messenger" və "Facebook Portal" vasitəsiilə əlaqə quran istifadəçilərin səs qeydlərini topladığını da gizlətməyib.

"Facebook" təkcə "Messencer" tətbiqi ilə deyil, eyni zamanda, şirkətin "ağıllı ekran"ları olan "Porta"l cihazları ilə də istifadəçilərin səslərini yazdığını, hətta həmin səs qeydlərini 3-cü tərəfə göndərdiyini etiraf edib.

Bu barədə "Facebook"un idarəçisi Endryu Bosvort açıqlama verib. O, "Facebook"un "Portal" cihazlarından yararlanan istifadəçilərin səslərini yazaraq, araşdırmaya verdiyini və şəffaflığı təmin edən yeni layihə üzərində işlədiklərini bildirib.

Başqa sözlə, "Facebook" indi də hazırladığı "Portal" cihazının ekranları vasitəsilə istifadəçiləri dinləməyə davam edir. İstifadəçilər bunun qarşısını almaq üçün həmin funksiyanı bağlamalıdırlar.

yenicag.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31