Xiaominin yeni smartfon modeli ilə digər cihazları da şarj etmək mümkün olacaq
Xiaominin yeni smartfon modeli ilə digər cihazları da şarj etmək mümkün olacaq
19 Sentyabr 2019 15:16 İKTXiaomi Mi 9 Pro 5G smartfon modeli çox sürətli şəkildə şarj olunacaq.
Olaylar.az xarici mediaya istinadən bildirir ki, bu barədə Xiaomi şirkətinin yaradıcısı və CEO-su olan Lei Jun məlumat verib.
Gizmochina saytının verdiyi məlumata görə, bəzi məqamlarda yeni model digər rəqib smartfonlardan da sürətli şarj olunacaq.
Şirkət rəhbərinin sözlərinə əsasən Mi 9 Pro 5G modeli 40 vatt gücündə olan şarj naqili vasitəsilə 100% enerjini 48 dəqiqəyə yığa biləcək.
Həmçinin naqilsiz şarj texnologiyası vasitəsilə isə Mi 9 Pro 5G modeli 100% enerjini 69 dəqiqəyə yığacaq.
Yeni smartfon modeli həmçinin 10 vatt gücündə ikitərəfli şarj texnologiyasını da dəstəkləyəcək. Bunun sayəsində smartfon vasitəsilə digər cihazları da şarj etmək mümkün olacaq.
Xiaomi Mi 9 Pro 5G modeli 24 sentyabr tarixindəMi Mix 4 modeli ilə birlikdə təqdim olunacaq.