“WhatsApp” messencerində yeni boşluq aşkar edilib

“WhatsApp” messencerində yeni boşluq aşkar edilib

"The Hacker News" portalının məlumatına görə, "WhatsApp" messencerində göndərilmiş şəkilləri silmək istədikdə səhv yaranır.
İstifadəçi messencerdə standart sazlamalar quraşdırdığı halda "Bütün istifadəçilərdə silmək" funksiyası düzgün  işləmir. Bu halda bütün göndərilmiş şəkillər telefonun yaddaşında saxlanılır, yalnız mesajlar silinir.
 
Bundan başqa, sözügedən boşluq yalnız "iOS" əməliyyat sisteminin idarəetməsi altında işləyən qurğularda keçərlidir. "Android" sistemi ilə işləyən smartfonlarda bu funksiya düzgün işləyir.
 
Nəşrin məlumatına görə, şirkətin mütəxəssisləri bu boşluğu aradan qaldırmaqdan imtina edərək bunu belə əsaslandırıblar ki, "Bütün istifadəçilərdə silmək" funksiyasının əsas işi ilk növbədə mətn mesajlarını silməkdir, media fayllara bunun aidiyyəti yoxdur.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31