“Apple” və Avropa Birliyi arasında məhkəmə başladı
“Apple” və Avropa Birliyi arasında məhkəmə başladı
18 Sentyabr 2019 14:07 İKT13 milyard avrodan çox vergi borcu çıxaran Avropa Birliyi Komissiyasının qərarı barədə Apple-ın şikayəti ilə ilk məhkəmə prosesi keçirilib.
Olaylar.az xarici mediaya istinadən bildirir ki, Apple-ın, İrlandiyadakı fəaliyyətinə görə geriyə doğru 13 milyard avrodan çox vergi borcu çıxaran Avropa Birliyi (AB) Komissiyasının qərarına qarşı açdığı məhkəmədə ilk iclas keçirilib.
Lüksemburqdakı Ümumi Məhkəmədə keçirilən ilk iclasda 5 hakim yer alıb.
İlk sessiya 2 gün davam edəcək. Sözügedən iddianın nəticələnməsinin isə bir neçə ay davam etməsi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31