Vena damarlarının şəklinə görə insanı tanıyacaqlar

Vena damarlarının şəklinə görə insanı tanıyacaqlar

Çinli mütəxəssislər vena damarlarının unikal şəklinə görə insanların məsafədən tanınması texnologiyasını hazırlayıblar. Onlar hesab edirlər ki, yeni texnologiya gələcəkdə QR kod və sifətə görə eyniləşdirməni əvəz edə biləcək. Bu haqda "Zhongguo Xinwenwang" nəşri məlumat yayıb.
"AirWave" adlandırılmış texnologiyanın işi süni intellektə əsaslanır. Süni intellekt böyük vena damarları və kapillyarların yerləşməsini ayırd etməyə imkan verir. İdentifikasiya üçün istifadəçi yalnız əlini yelləməlidir.
 
İstehsalçının sözlərinə görə, onların texnologiyası Çinin cənubunda yerləşən Quandun əyalətindəki bəzi kafe və hökumət idarələrinin ayrı-ayrı ictimai zonalarında tətbiq olunur. İndi şirkət "AirWave" texnologiyasının metroda tətbiqi üçün Quancjou metropoliteninin operatoru ilə danışıqlar aparır.
 
Şirkətin direktoru hesab edir ki, belə texnologiyalar gələcəkdə nağd ödənişlər, bank kartları və QR-kodları əvəz edə biləcək və maliyyə, ictimai nəqliyyat və ictimai təhlükəsizlik kimi sahələrdə geniş tətbiq ediləcək.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31