Nazirlər WhatsApp” və “Telegram” dan istifadə etməməlidir
Nazirlər WhatsApp” və “Telegram” dan istifadə etməməlidir
17 Sentyabr 2019 12:48 İKTKeçmişdə Amerikanın kəşfiyyatçısı Edvard Snouden, məmurlara və hökumət üzvlərinə "WhatsApp" və "Telegram" dan istifadə etməməyi tövsiyə edib.
Olaylar.az xarici mediaya istinadən bildirir ki, bu barədə Edvard Snouden Fransanın "France Inter" radiostansiyasına verdiyi müsahibədə deyib.
Keçmiş kəşfiyyatçı bildirib ki, nazirlərin "WhatsApp" dan istifadə etmələri "böyük səhvdir". Onlar mərhələ-mərhələ təhlükəsizliyi zəiflədirlər. Onun sözlərinə görə, şirkət istəsə istifadəçilərin telefon danışıqlarının və mesajlarının məzmununu öyrənə bilər.
Edvard Snouden alternativ olaraq "Signal" və "Wire" tətbiqlərindən istifadə etməyi təklif edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31