Yeni boşluq 1 milyarddan çox smartfona müdaxiləyə imkan verir
Yeni boşluq 1 milyarddan çox smartfona müdaxiləyə imkan verir
16 Sentyabr 2019 16:15 İKTTəhlükəsizlik üzrə mütəxəssislər tərəfindən SİM kartlarda aşkar edilmiş yeni boşluq 1 milyarddan çox smartfona müdaxilə etməyə imkan verir. "AdaptiveMobile Security" şirkətinin mütəxəssisləri bildiriblər ki, sözügedən boşluğun köməyi ilə istifadəçilərin olduğu yerə, zənglərə və mesajlara müdaxilə mümkündür.
MMMütəxəssislərin fikrincə, bir neçə dövlətlə əməkdaşlıq edən və son 2 ildə istifadəçiləri izləyən "konkret özəl şirkət" sözügedən boşluqdan istifadə edib.
Aşkar edilmiş boşluq konkret qurğu ilə deyil, SİM karta inteqrasiya edilmiş texnologiya ilə bağlı olduğuna görə SİM kartdan istifadə edən hər bir smartfon (brend və ya modeldən asılı olmayaraq) təhlükə altındadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31