“Professional fotonun çəkilməsi bir böyrək qiymətində olmamalıdır” – “Apple” trollandı

“Professional fotonun çəkilməsi bir böyrək qiymətində olmamalıdır” – “Apple” trollandı

Honor brendinin Hindistan üzrə olan şöbəsi öz Twitter hesabında maraqlı bir foto paylaşıb.

Olaylar.az  "Gagadget" saytına istinadən bildirir ki, Həmin fotoda iki həkim və onların başları üzərində iPhone 11 Pro və iPhone 11 Pro Max modellərinin arxa kamera modullarına bənzəyən 3 lampadan ibarət işıqlandırma sistemi əks olunub.

Fotonun üzərində  isə "Professional fotonun çəkilməsi bir böyrək qiymətində olmamalıdır" yazısı əks olunub. Bu üsulla Honor brendi yeni iPhone modellərinin üçlü kamera modullarından əlavə olaraq həmçinin onların qiymət göstəricilərini də gülüş mərkəzinə çevirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31