Kafedə müştərilərə robotlar xidmət göstərəcək
Kafedə müştərilərə robotlar xidmət göstərəcək
16 Sentyabr 2019 11:58 İKTTürkiyənin İstanbul şəhərində yerləşən kafedə artıq ofisiantların əvəzinə robotlar müştərilərə xidmət göstərməyə başlayıblar. Sözügedən kafedə 3 robot-ofisiant işləyir, ancaq onların sayını 2 dəfə artırmaq planlaşdırılır. Xarici ölkədən satın alınmış həmin robotlar türkiyəli mütəxəssislər tərəfindən proqramlaşdırılıb.
Robot-ofisiantlar masaların nömrələnməsini bilir, danışır və çox çalışqandırlar ki, bu da müştərilərin xoşuna gəlir. Bu, Türkiyədə kafelər üçün tamamilə yeni formatdır. İndi sözügedən kafe çox populyardır, robotlar isə vizit kartına çevrilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31