“5G” və süni intellekt işçilərin ixtisasının artırılması üçün istifadə ediləcək
“5G” və süni intellekt işçilərin ixtisasının artırılması üçün istifadə ediləcək
13 Sentyabr 2019 12:52 İKT"Nokia", "NTT DoCoMo" və "Omron" şirkətləri müəssisələrdə beşinci nəsil mobil rabitə şəbəkəsi (5G) və süni intellekt texnologiyasından istifadə etmək qərarına gəliblər.
"Nokia" iri telekommunikasiya avadanlığı istehsalçısıdır, "NTT DoCoMo" Yaponiyada oxşar bizneslə məşğul olur, "Omron" brendi isə sənaye qurğularının avtomatlaşdırılmasında ixtisaslaşıb. Onlar süni intellekt əsasında işçiləri ümumi izləmə sistemi yaradacaqlar. Süni intellekt kamera və səs ötürücüləri vasitəsilə əməkdaşların işinin səmərəliliyini real vaxt rejimində analiz edəcək.
Daha sonra süni intellekt nəticələrdən asılı olaraq işçiləri qruplara böləcək, eləcə də uğurlu və uğursuz əməkdaşlar arasında fərqi müəyyənləşdirəcək. Belə sistemin təmini üçün yüksəksürətli stabil internet bağlantısı tələb olunacaq. Bu səbəbdən yeni nəsil "5G" şəbəkəsindən istifadə planlaşdırılır.