“iPhone 11” smartfonuna ən sürətli “4G” modem quraşdırılıb
“iPhone 11” smartfonuna ən sürətli “4G” modem quraşdırılıb
12 Sentyabr 2019 14:49 İKT"Apple" şirkətinin rəsmisi yeni smartfonların təqdimatında bildirib ki, yeni "iPhone 11 Pro" və "iPhone 11 Pro Max" aparatları 1 Qbit-lik daha sürətli LTE modemlə təchiz edilib. "SpeedSmart" internet sürətinin yoxlanması xidmətinin nümayəndəsi iddia edir ki, yeni smartfonların internetə qoşulma sürəti haqqında məlumatlıdır.
"Speedsmart.net" xidmətinin məlumatına əsasən, "iPhone 11 Pro" və "11 Pro Max" smartfonlarına quraşdırılmış modemləri "iPhone XS" ilə müqayisədə 13% daha sürətlidir. ABŞ-ın "4G" şəbəkələrində "iPhone 11 Pro" smartfonu 49 Mbit/s-dək yükləmə sürəti nümayiş etdirib. Müqayisə üçün, ötənilki qabaqcıl smartfonda bu göstərici 42 Mbit/s-dək olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31