Ürək çatışmazlığı səhvsiz müəyyənləşdiriləcək

Ürək çatışmazlığı səhvsiz müəyyənləşdiriləcək

Beynəlxalq alimlər qrupu ürək çatışmazlığını müəyyənləşdirən yeni neyron şəbəkə hazırlayıb. Yüksək dəqiqliklə işləyən neyroşəbəkə bu problemi elektrokardioqram nəticəsinə görə diaqnozlaşdıra bilir.

Belə göstərici inanılmaz görünsə də, aparılmış tədqiqatlar bunu təsdiq edir - neyroşəbəkənin işinin dəqiqliyi 100 faiz təşkil edir. Onun yaradılması üçün Böyük Britaniya və İtaliya alimləri tərəfindən bu istiqamət üzrə əvvəlki texnologiyalardan istifadə olunub, lakin yeni məhsul sıfırdan hazırlanıb. Bu, əvvəlki texnologiyalarla bağlı problemləri aradan qaldırmağa və dəqiqliyə nail olmağa imkan verib. Bunun üçün alimlər təkrarlanan şablonları yaxşı yadda saxlamağa və mövcud olan məlumatları strukturlaşdırmağa imkan verən iyerarxik strukturlu neyroşəbəkədən istifadə ediblər. Onun öyrədilməsi məqsədilə müxtəlif insanların elektrokardioqram məlumatlarından istifadə olunub.

Bildirilir ki, yeni texnologiya inkişaf edən ürək çatışmazlığının mövcudluğunu bir ürək döyüntüsünə görə müəyyənləşdirə bilir. Bundan başqa, neyroşəbəkə xəstəliyin inkişaf dərəcəsini müəyyənləşdirmək xüsusiyyətinə malikdir. Bu, həkimlərə əvvəlcədən dəqiq diaqnoz qoymağa, eləcə də inkişaf edən xəstəliyin nə vaxt daha ciddi formaya keçəcəyini başa düşməyə kömək edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31