Sosial şəbəkələrdə bağlı profillərə müdaxilə üsulu aşkar edilib

Sosial şəbəkələrdə bağlı profillərə müdaxilə üsulu aşkar edilib

"BuzzFeed" nəşri "Instagram" və "Facebook"da bağlı profillərdəki şəkillərə baxmaq və onları paylaşmaq üsulunu nümayiş etdirib.

Səhifənin abunəçisi bağlı profilə müdaxilə etmək üçün onun kodunu açmalı və şəklin URL ünvanını köçürməlidir. Hətta qeydiyyatdan keçməmiş istifadəçilər üçün giriş mümkündür.

"BuzzFeed Tech" nəşrinin əməkdaşları bu texnologiyanı yoxlayıblar və məlum olub ki, bu üsulla yalnız şəkilləri deyil, həm də "Instagram storis"dən videoları paylaşmaq olar. "Facebook" nümayəndələri jurnalistlərin sorğusuna cavab olaraq bildiriblər ki, bu müdaxilə üsulu təhlükəsizdir, çünki faktiki olaraq postların ekran görüntüsünün başqa istifadəçilərə göndərilməsinə oxşardır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31