Yeni “iPhone” modelləri rəsmi olaraq təqdim edildi – Xüsusiyyətləri

Yeni “iPhone” modelləri rəsmi olaraq təqdim edildi – Xüsusiyyətləri

Apple şirkəti öz təqdimatı çərçivəsində yeni iPhone modellərini təqdim etdi.

Olaylar.az bildirir ki, yeni modellər iPhone 11, iPhone 11 Pro və iPhone 11 Pro Max adlanır.

iPhone 11 modeli ikili arxa kamera modulunu əldə edib və həmin kamera modulu kvadrat formalı sahənin daxilində yerləşdirilib. Smartfonun ön kamerasına gəldikdə isə o da 12 MP-ldir və saniyədə 60 kadr sürətlə 4K videoçəkilişini dəstəkləyir. 

Smartfon 12 MP (f/1.8 diafraqmalı və optik stabilizasiyalı obyektiv) + 12 MP (120 dərəcə bucaq təsvirli ultragenişbucaqlı obyektiv) ikili arxa kamera ilə təchiz olunub.

iPhone 11-də həmçinin yaxşılaşdırılmış HDR Smart rejimindən də istifadə edilir. 

Bununla yanaşı smartfon tamamilə yeni gecə çəkilişi rejimini əldə edib. Həmin rejim yaxşı işıqlandırılmamış mühitdə avtomatik olaraq aktivləşir

Şirkət həmçinin smartfonun batareya həcmini də yüksəldib. 

Şirkət təqdimat çərçivəsində bildirdi ki, yeni nəsil Super Retina OLED ekranlardan istifadə sayəsində ekranın enerji sərfiyyatı 15% aşağı salınıb.

Qeyd edək ki, smartfonlar 20 sentyabrdan etibarən satışa çıxarılacaq. Phone 11 Pro-nun qiyməti 999$-dan, iPhone 11 Pro Max-ın qiyməti isə 1099$-dan başlayacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31