Kiberhücumların 99%-i zərərverici linklərə keçid nəticəsində baş verir

Kiberhücumların 99%-i zərərverici linklərə keçid nəticəsində baş verir

"Proofpoint" şirkətinin haker hücumlarında insan amili haqqında illik hesabatına əsasən, 2018-ci ildə baş vermiş kiberhücumların, demək olar ki, hamısında zərər dəymiş istifadəçilərin iştirakı qeydə alınıb. Zərərverici linklərə keçid və ya məlumatları oğurlayan proqramın işə salınması ən geniş yayılmış hallar olub.

Mütəxəssislərin araşdırmasına görə, hücumların az bir hissəsi eksployt və proqram təminatında aşkar edilmiş boşluqlardan istifadə nəticəsində həyata keçirilib. Hücumların böyük əksəriyyəti (99%) istifadəçinin iştirakını tələb edir. Bu, linkə keçid və ya zərərverici kodun işə salınması kimi hallar ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31