Sabah “iPhone 11” təqdim ediləcək
“Apple” sentyabrın 10-da, Kaliforniyada yeni modeli olan “iPhone 11”-i təqdim edəcək.
9 Sentyabr 2019 13:57 İKT"Apple" sentyabrın 10-da, Kaliforniyada yeni modeli olan "iPhone 11"-i təqdim edəcək.
Olaylar.az xarici mediaya istinadən bildirir ki, konfransda "iPhone" ilə birlikdə yeni iOS versiyası iOS 13-də elan ediləcək.
iOS 13 ilə yeniləmələr 60% nisbətində, yükləmələr isə 50% nisbətində daha tez olacaq. Üz tanıma sistemi isə daha öncəki iOS-lara görə, 30% daha sürətli olacaq.
iOS 13-lə bərabər qaranlıq mode və yeni kamera modları da gəlir. Belə ki, yeni portret modunda aydınlatmanın çoxluğunu artırmaq və ya azaltmaq mümkün olacaq.
iOS 13 ilə memojilər artıq daha çox şəxsiləşdiriləcək.
Qeyd edək ki, "Apple"ın konfransını "YouTube" üzərindən canlı izləmək mümkün olacaq.