“Windows 10” sistemində smartfondan zəng etməyə imkanı
“Windows 10” sistemində smartfondan zəng etməyə imkanı
9 Sentyabr 2019 13:00 İKT"Windows 10" əməliyyat sistemində smartfondan zəng etmək imkanı əlçatan olub. Ajith adlı istifadəçi "Twitter"də bu haqda informasiya yerləşdirib.
"Windows 10" əməliyyat sisteminin istifadəçisi smartfondan zənglər etmək və onları birbaşa idarə etmək imkanına malik olacaq. Bu əməliyyat üçün sazlamalarda yerləşdirilmiş xüsusi funksiya istifadəyə verilib. Həmin funksiyanı aktivləşdirdikdən sonra əsas menyuda "Calls" elementi əlçatan olacaq. Ona sıxdıqda ekrana nömrə yığımı paneli, həmçinin şəxsi kontaktların axtarışı üzrə sahə çıxacaq.
Məlumata görə, yeni funksiya hələ ki sınaq mərhələsindədir və "Microsoft" bu barədə heç bir məlumat verməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31