“Android” sistemli smartfonlar üçün təhlükə

“Android” sistemli smartfonlar üçün təhlükə

"Check Point Research" şirkətinin ekspertləri "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonlarda boşluq aşkarlayıblar.

Ekspertlərin məlumatına görə, kritik boşluq hakerlər üçün qurğu istifadəçilərinin elektron poçtuna daxil olmağa imkan verir.

"Check Point Research" tədqiqatçılar qrupu "Samsung", "Huawei", "LG", "Sony" istehsalçılarının smartfonlarında və "Android" sistemli digər qurğularda boşluq aşkarlayıb. Bu səhv istifadəçiləri təkmilləşdirilmiş fişinq hücumları qarşısında müdafiəsiz qoyur", - ekspertlər qeyd edib.

Analitiklərin fikrincə, hakerlər özlərini rabitə operatoru kimi təqdim etmək və istifadəçilərə saxta bildirişlər göndərmək üçün boşluqdan uzaqdan istifadə edə bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31