“Apple” korporasiyası ucuz “iPhone” smartfonu təqdim edəcək

“Apple” korporasiyası ucuz “iPhone” smartfonu təqdim edəcək

"Apple" korporasiyası 2020-ci ildə yeni "iPhone SE" smartfonunun istehsalını planlaşdırır. Bu haqda Yaponiyanın "Nikkei" nəşri yazıb.

2020-ci ilin yazında nümayiş etdirilməsi planlaşdırılan sözügedən smartfon 4,7 düymlük displey, "Touch ID" barmaq izləri skaneri, bir əsas kamera və "iPhone 8"-də olduğu kimi eyni korpusla təchiz ediləcək. Eyni zamanda bu smartfon öz texniki xüsusiyyətlərinə görə 2019-cu ilin payızında təqdim ediləcək yeni "iPhone" səviyyəsində olacaq.

Yeni aparatın qiyməti açıqlanmasa da, ancaq onun "iPhone Xr" və "Xs"dan daha ucuz olacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31