“Twitter” dən QADAĞA

“Twitter” dən QADAĞA

"Twitter" sosial şəbəkəsinin istifadəçiləri bir müddət SMS-in köməyilə telefondan tvit yaza bilməyəcəklər. Bu haqda 4 sentyabrda sosial şəbəkənin korporativ hesabında məlumat verilib.

"Biz hesabları kənar müdaxilələrdən qorumaq üçün müvəqqəti olaraq SMS və ya mətn mesajı vasitəsilə tvit yazmaq imkanını deaktiv edirik" - mesajda deyilir.

Bildirilib ki, sözügedən funksiya tezliklə bərpa ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31