“Windows 10” əməliyyat sisteminin bazar payı 50%-i ötüb

“Windows 10” əməliyyat sisteminin bazar payı 50%-i ötüb

"NetMarketShare" xidmətinin məlumatına əsasən, "Windows 10" sisteminin idarəetməsi altında işləyən kompüterlərin sayı ilk dəfə 50%-i ötüb.

2019-cu ilin avqust ayının nəticəsinə görə, dünyada mövcud fərdi kompüterlərin 50,99%-nə "Windows 10" sistemi quraşdırılıb.

"Windows 7" platformasının bazar payı bir ayda 31,83%-dən 30,34-dək azalıb, 5,95% göstəriciyə malik "Mac OS X 10.14" sistemi əməliyyat sistemlərinin reytinqində üçüncü olub.

"StatCounter" xidməti, həmçinin "Windows 10" sisteminin liderliyi barədə məlumat verib.

2020-ci ilin yanvarında "Windows 7" əməliyyat sisteminin dəstəyi dayandırılır və "Microsoft" korporasiyası istifadəçilərə 900 milyondan çox qurğuya quraşdırılmış yeni "Windows 10" sisteminə keçid haqqında xatırlatmağa davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31