Məşhur superkompüter işi dayandırılıb

Məşhur superkompüter işi dayandırılıb

Yaponiyada "Fujitsu" şirkətinin hazırladığı və Kobe şəhərində yerləşən "RIKEN" tədqiqat mərkəzinin sərəncamında olan "K" superkompüterinin fəaliyyətinin dayandırılması ilə bağlı təntənəli mərasim keçirilib.

Kompüterin dayandırılması düyməsi "RIKEN" prezidenti Hirosi Matsumoto tərəfindən basılıb.

2006-cı ildə hazırlanılmasına başlanan "K" superkompüteri 2012-ci ilin sentyabrında işə salınıb. O, 2011-ci ildə bütün oxşar qurğular arasında dünyanın ən sürətli superkompüteri seçilib."K Computer" qurğusu "RIKEN" mərkəzində təxminən 700 şkafa (kompüterin mikrosxem, plata və soyutma sisteminin yerləşdiyi korpuslar) quraşdırılıb və "Sparc64" arxitekturalı 705 min prosessor nüvəsinə malik olub. Onun ən yüksək məhsuldarlığı 8,16 petaflops təşkil edib. Dünyanın əksər qabaqcıl sistemlərindən fərqli olaraq "K Computer" klassik arxitekturaya əsaslanıb - qrafik prosessor və ya digər hesablama akseleratorlarından istifadə etməyib.

"K Computer" qurğusunu əvəzləyəcək "Fugaku" superkompüterinin 2021-ci ildə işə salınması planlaşdırılır. Onun fəaliyyəti dayandırılan kompüterdən 100 dəfə sürətli olacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31