“Iphone” üçün yeni xidmət - Şəkillərin keyfiyyəti yaxşılaşdırılacaq

“Iphone” üçün yeni xidmət - Şəkillərin keyfiyyəti yaxşılaşdırılacaq

"Halcyon Products" startapı "iPhone" ilə çəkilmiş şəkillərin keyfiyyətinin yüksəldilməsi üçün "NeuralCam" xidmətini təqdim edib. Sözügedən xidmət kompüter təlimindən istifadə edir. Bu haqda "Venture Beat" dərgisi yazıb.
"NeuralCam" xidməti müxtəlif ekspozisiya səviyyələrində çəkilmiş bir neçə şəkli birləşdirmək xüsusiyyətinə malikdir. Yeni xidmət zəif işıqlandırma zamanı çəkilmiş şəkillərin işlənməsinə hesablanıb. "Google Pixel" kamerası eyni cür işləyir.
Şəkillər 10 milyon şəkil üzərində öyrədilmiş neyron şəbəkəsi tərəfindən emal edilir. Həmçinin şəkillərin işlənməsi xidmətin daxilində həyata keçirilir, məlumatlar proqramın serverlərinə göndərilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31