“Nike” səsli köməkçini dəstəkləyən idman ayaqqabısını təqdim etdi

“Nike” səsli köməkçini dəstəkləyən idman ayaqqabısını təqdim etdi

Nike şirkəti ilk dəfə 1991-ci ildə satışa çıxmış Huarache adlı klassik idman ayaqqabısının yeni versiyasını təqdim edib.

Olaylar.az bildirir ki, bu barədə "9to5mac" məlumat yayıb.

Məlumata görə, idman ayaqqabısının yeni versiyasına FitAdapt adlı transformasiya sistemi əlavə edilib.

Apple Siri səsli köməkçi dəstəyinə sahib FitAdapt texnologiyası ilə iOS cihaz istifadəçiləri ayaqqabıya tərəf əyilmədən Siri-yə səs əmri verərək ayaqqabının iplərini aça biləcəklər.

Bununla yanaşı xüsusi mobil tətbiq vasitəsilə istifadəçilər ayaqqabıya quraşdırılmış LED işıqlandırma sisteminin rəngini dəyişə və ya məşqlərə görə ayaqqabı ipini bir qədər qalın edə bilərlər.

Dəstəklənən cihazlar arasında iPhone modellərindən başqa Apple Watch modelləri də var. Dəstəklənən cihazlar arasında iPhone modellərindən başqa Apple Watch modelləri də var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31