“Huawei”in yeni smartfonları “Google”suz işləyəcək

“Huawei”in yeni smartfonları “Google”suz işləyəcək

"Huawei"in yeni iki smartfonunda "Google" əlavələri olmayacaq.

Olaylar.az "Reuters" agentliyinə istinadən bildirir ki, söhbət "Huawei Mate 30" və "Mate 30 Pro" smartfonlarından gedir. 
"Huawei" yeni smartfonların 2019-cu ilin sentyabrında çıxacağını və açıq mənbə kodu olan "Android" versiyasında işləyəcəyini elan edib.

"Huawei" smartfonlarında "Google Play", "Gmail" və hətta axtarış sistemi daxil olmaqla, "Google"un heç bir rəsmi əlavəsi olmayacaq.

Qeyd edək ki, ABŞ hökuməti "Huawei" şirkətinə 2019-cu ilin noyabrına qədər fəaliyyət lisenziyası versə də, bu, "Huawei"in gələcək smartfonlarına aid deyil. Onlarda ABŞ şirkətlərinin xidmətləri işləməyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31