Apple daha istifadəçilərin danışıqlarını yazmayacaq
Apple daha istifadəçilərin danışıqlarını yazmayacaq
29 Avqust 2019 14:35 İKT"Apple" şirkəti müştərilərin səs asistenti "Siri" ilə danışıqlarının dinlənilməsinin onların toxunulmazlıq hüququnu pozduğunu qəbul edərək, üzr istəyib.
Olaylar.az xarici mediaya istinadən bildirir ki, şirkət "Siri" ilə danışıqların audioyazısını saxlamağa son qoyacaq.
Məlumata görə, buna baxmayaraq istənilən istifadəçi servisin işinin qiymətləndirilməsi üçün müstəqil şəkildə dinləmə funksiyasını aktiv edə bilər. Bu zaman səs asistenti ilə danışıqların fraqmentlərini dinləmək icazəsi yalnız "Apple"ın əməkdaşlarına məxsus olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31