“WhatsApp”dan dörd yeni funksiya
“WhatsApp”dan dörd yeni funksiya
29 Avqust 2019 14:31 İKTPopulyar mesajlaşma tətbiqi "WhatsApp" platformaya dörd yeni funksiyasını əlavə edib.
Olaylar.az xarici mediaya istinadən bildirir ki, yeni gələn funksiyalardan biri barmaq izi təhlükəsizliyidir. Barmaq izi funksiyasının aktiv edilməsi ilə tətbiqə barmaq izi oxutmadan daxil olmaq olmur. Əlavə olunan növbəti funksiyada səs yazıları avtomotik oynadılacaq. "WhatsApp"ın yeni funksiyası ilə artıq səsli mesajlar ard-arda avtomotik oynadılacaq. Daha bir yeni funksiya "Facebook" etiketidir. Artıq platformanın tənzimləmələr bölümündə "WhatsApp"dan "Facebook" etiketi olacaq.
Əlavə olunan son funksiya tez -tez göndərilən mesajlar etiketidir. Yeni funksiya ilə tez-tez göndərilən mesajlar etiketlənəcək. Platforma bu funksiya ilə sosial mediada sürətlə yayılan saxta kontentin qarşısına keçməyi hədəfləyir.