“Android 10” sisteminin buraxılış tarixi bəlli olub
“Android 10” sisteminin buraxılış tarixi bəlli olub
27 Avqust 2019 15:37 İKT"Google" şirkəti "Android" mobil əməliyyat sisteminin sonuncu - 10-cu versiyasının buraxılış tarixini açıqlayıb.
"Google Pixel" smartfonlarının sahibləri "Android 10" versiyasını sentyabrın 3-dən etibarən quraşdıra biləcəklər.
Məlumata görə, sistem yenilənməsi bütün "Pixel" smartfonları, o cümlədən "Pixel 3", "Pixel 3XL", "Pixel 3a", "3a XL", eləcə də köhnə "Pixel 2/2 XL" modelləri üçün buraxılacaq. Bundan başqa, 2016-cı il buraxılışlı orijinal "Pixel" və "Pixel XL" modelləri də "Android 10" sistemi ilə təchiz ediləcək.
Qeyd edək ki, ötən həftə "Google" şirkəti "Android" mobil əməliyyat sisteminin yeni versiyalarının şirniyyat və desertlərin şərəfinə adlandırılması ənənəsindən imtina edəcəyini bəyan edib. Bunun əsas səbəbi kimi dünyanın müxtəlif ölkələrinin sakinlərinin şirniyyat adlarını başa düşməkdə çətinliklərlə üzləşməsi göstərilir.