Günəş enerjisi ilə işləyən ilk dəmir yolu istifadəyə verildi

Günəş enerjisi ilə işləyən ilk dəmir yolu istifadəyə verildi

"Riding Sunbeams" şirkəti Hempşir şəhərində dünyada günəş enerjisi ilə işləyən ilk dəmiryol xəttini istifadəyə verib. Sözügedən dəmiryol xəttinin uzunluğu çox olmasa da, artıq eksperimental deyil, davamlı işləyir. Şirkətin rəsmisi 2020-ci ildə şəhərətrafı dəmiryol xətlərini yeni enerji mənbəyinə keçirməyə söz verib.

Kontakt relsinə enerji birbaşa günəşdən deyil, kabel vasitəsilə yaxınlıqda yerləşən günəş elektrik stansiyasından verilir. Yaxınlıqda yerləşən fermer təsərrüfatında enerji generasiya edən 100 günəş paneli quraşdırılıb. Bu layihənin özəlliyi odur ki, günəş elektrik stansiyası xüsusi olaraq dəmir yolu üçün qurulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31