Görmə qüsurlu insanlar üçün reallıq eynəkləri hazırlandı
Görmə qüsurlu insanlar üçün reallıq eynəkləri hazırlandı
27 Avqust 2019 14:13 İKTAmerikalı alimlər görmə zəifliyindən əziyyət çəkən insanlara kömək etmək məqsədilə genişlənmiş reallıq eynəkləri hazırlayıblar.
Tədqiqatçılar bu eynəklər vasitəsilə retinit piqmentozu kimi göz xəstəliyindən əziyyət çəkən pasientlərdə hərəkətliliyin 50%, məhsuldarlığın isə 70% yaxşılaşacağını müəyyənləşdiriblər.
Mütəxəssislər bildirirlər ki, eynək, həmçinin məhdud periferik görmə qabiliyyəti olan insanlara çətin mühitləri şərh etməyə kömək edən vizual rəng siqnalları verir. O, zəif işıqlandırılan yerlərdə maneələrin qarşısını alır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31