“Apple” şirkəti Amazoniya meşələrinin bərpası üçün vəsait ayıracaq
“Apple” şirkəti Amazoniya meşələrinin bərpası üçün vəsait ayıracaq
27 Avqust 2019 13:17 İKT"Apple" şirkətinin direktoru Tim Kuk korporasiyanın yanğından sonra Amazoniya meşələrini bərpa etmək üçün vəsait verəcəyini söyləyib.
Olaylar.az bildirir ki, şirkətin rəhbəri Tim Kuk şəxsi "Twitter" səhifəsində yazıb: "Şirkətimiz biomüxtəlifliyin qorunmasına və Latın Amerikasındakı əvəzolunmaz Amazon meşələrinin bərpasına kömək etmək üçün vəsait bağışlayacaq", - deyə Kuk bildirib.
Braziliya prezidenti Bolsonaronın bu təklifi qəbul edib-etməyəcəyi bilinmir.
Qeyd edək ki, prezidenti Bolsonaro G7 ölkələrinin Amazon meşələrində təxminən üç həftədir davam edən yanğınların söndürülməsi üçün edəcəyi 20 milyon avroluq yardımı rədd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31