"Google Photo"dan YENİLİK
"Google Photo"dan YENİLİK
26 Avqust 2019 17:30 İKT"Google Photo" servisində istənilən şəkildə mətnləri axtarmağa imkan verən (OCR) simvollarının optik tanınması funksiyası əlçatan olub. Şirkətin tvitter bloqunda məlumat verilib ki, bu imkan bir ay ərzində bütün istifadəçilər üçün əlçatan olacaq.
"Google Photo" servisi istənilən çap mətnini onun ölçüsündən və ya yerləşmə bucağından asılı olmayaraq tapa bilir. Tapılmış fraqmenti bir düyməyə sıxmaqla köçürmək mümkündür. OCR funksiyası həm "Android" və "iOS" üçün tətbiqlər, həm də veb kliyentdə əlçatan olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31