“Apple” öz serialları və şoularının yaradılmasına $6 mlrd vəsait ayırıb
“Apple” öz serialları və şoularının yaradılmasına $6 mlrd vəsait ayırıb
21 Avqust 2019 13:34 İKTApple şirkəti özünün Apple TV+ online kinoteatrının filmlərinin, seriallarının və şoularının istehsalı üçün 6 milyard dollar vəsait ayırıb.
Olaylar.az bildirir ki, bu barədə "Financial Times" məlumat yayıb.
İlk öncə şirkət öz orijinal kontentinin yaradılması üçün 1 milyard dollar vəsait ayırmışdı. Lakin istehsal prosesi zamanı xərclənən vəsaitlərin həcmi artdı.
"Bloomberg"in verdiyi məlumat görə, Apple TV+ servisinin aylıq abunə haqqı qiyməti ABŞ-da 9.99$ təşkil edəcək. Apple TV+ servisi bu ilin payız fəslindən başlayaraq 100-dən çox ölkədə istifadəyə veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31