“Facebook” mühüm yeniliyin tətbiqinə hazırlaşır
“Facebook” mühüm yeniliyin tətbiqinə hazırlaşır
21 Avqust 2019 13:32 İKT"Facebook"un administrasiyası istifadəçilər haqda məlumatlar toplayaraq sosial şəbəkəyə ötürən tətbiq və saytların siyahısını baxış üçün açıq etmək niyyətindədir.
Olaylar.az xarici mediaya istinadən bildirir ki, istifadəçilər sosial şəbəkəyə özləri haqda gələn məlumatlara baxmaqla yanaşı onu sosial şəbəkdən silə və ya sonrakı gəlişini bloklaya biləcək.
Qeyd edək ki, "Facebook" həmin məlumatlardan hesab sahibi üçün uyğun reklam elanlarının seçilməsində istifadə edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31