Noutbuk bazarında tədarük həcmi 7% artıb

Noutbuk bazarında tədarük həcmi 7% artıb

2019-cu ilin iyulunda beş ən böyük noutbuk istehsalçısının ötən ayla müqayisədə avadanlıqların tədarük həcmini 20% azaltmasına baxmayaraq, illik hesablama üzrə tədarüklərin həcmi 7% yüksəlib. Bu barədə "Digitimes Research"in analitikləri məlumat veriblər.

Analitiklərin sözlərinə görə, yığcam kompüterlər bazarı "Intel" prosessorlarının tədarük həcminin yaxşılaşması və şirkətlərin Çindən ABŞ-a və əksinə elektronika idxalı ilə bağlı əlavə rüsumların tətbiqi ərəfəsində cihazları ehtiyat üçün toplamağa başlaması səbəbindən ildən-ilə artım nümayiş etdirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31