“Google Play”dən virus proqramları 8 milyon dəfə yüklənilib

“Google Play”dən virus proqramları 8 milyon dəfə yüklənilib

İnformasiya təhlükəsizliyi üzrə həllərin istehsalçısı olan "Trend Micro" şirkəti 85 virus tətbiqindən ibarət olan proqram aşkar edib. "Google Play" mağazasında 8 milyon dəfədən çox yüklənilib.

Söhbət "Adware" tipli proqramlardan söhbət gedir. Bu tip proqramlar oyun və ya foto redaktor kimi faydalı proqramların adı altında  insanı yoran reklam göstərirlər. "Trend Micro" şirkəti tərəfindən aşkar edilmiş proqramlar qanunsuz gəlirlərini artırmaq üçün bir sıra yaradıcı yanaşmalardan istifadə edirlər.

Birincisi, cinayətkarlar həmin proqramların məxfi fəaliyyət göstərməsinə cəhd ediblər. İstifadəçi qurğusuna quraşdırılan həmin proqramlar işə salınan taymer nəticəsində 30 dəqiqə ərzində heç bir fəaliyyət göstərmirlər. Bu, reklam xarakterli mobil proqramı onu avtomatik karantinə yerləşdirən antiviruslardan gizlətməyə kömək edir.

"Trend Micro"nun mütəxəssisləri "Google" şirkəti ilə əlaqə saxladıqdan sonra həmin proqram təminatları silinib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31