İlin ən yaxşı smartfonunun adı açıqlanıb

İlin ən yaxşı smartfonunun adı açıqlanıb

Audio və videotexnika üzrə Avropa Jurnallar Assosiasiyası 2019-2020-ci illər üçün ən yaxşı qurğular reytinqini təqdim edib.

Olaylar.az bildirir ki, assosiasiyanın siyahısına görə, "Huawei P30 Pro" ilin ən yaxşı smartfon modeli seçilib.

Bu barədə "Ferra" resursu məlumat verib.

Ən mütərəqqi smartfon kimi "OnePlus 7 Pro" seçilib. İlin ən çox satılan modeli isə "Xiaomi Redmi Note 7" olub. Daha bir "Huawei" məhsulu - "Honor 20 Pro" ən yaxşı "LifeStyle" smartfon nominasiyasında qalib gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31